“Bütün həmin sənədlərdə Ermənistanın maraqları cüzidir və Ermənistanın maraqlarını əks etdirmir” - Ohanyan

2025/03/1741761451.jpg
Oxunub: 563     16:53     20 Aprel 2026    
“Bütün həmin sənədlərdə Ermənistanın maraqları cüzidir və Ermənistanın maraqlarını əks etdirmir”.

Ordu.az xəbər verir ki, bu barədə Ermənistan parlamentinin “Hayastan” fraksiyasının rəhbəri, ölkənin sabiq müdafiə naziri Seyran Ohanyan bildirib.

“Üstəlik, onların (azərbaycanlılar-red.) müxtəlif rəsmiləri yenə deyirlər ki, əgər konstitusiya dəyişdirilsə, biz Ermənistan ilə sülh əldə edəcəyik.

Elə Nikol Paşinyan da deyir ki, əgər mən olmasam, fəlakətli müharibə ola bilər. Sən deyirsən ki, biz sistemli sülh gətiririk, amma əgər hər şey bir şəxsdən asılıdırsa, bu, sülh ola bilməz. Əgər sən olmasan, nəyə görə müharibə başlamalıdır? Ehtimal olunur ki, Azərbaycan yalnız sənin verə biləcəyin nəyisə istəyir. Bu, həm dəhlizlə bağlı məcburetmə siyasətinin davamı, həm konstitusiya dəyişikliyi, həm də azərbaycanlıların geri qaytarılması və Ermənistanda yerləşdirilməsi ola bilər. Əgər müharibə olmayacaqsa, deməli, sən sülh şəraitində razılaşmısan ki, bütün bunları verəcəksən”, - deyə Ohanyan bildirib.

Alpər Mövludoğlu
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Ohanyan   Ermənistan  


Bizi "telegram"da izləyin