Ermənistanın sabiq müdafiə naziri: “ATƏT-in Minsk qrupu həmsədrlərinin 2019-cu il təklifini niyə qatlayıb altına qoyublar?”

2026/02/1770015888.jpg
Oxunub: 530     16:47     20 Aprel 2026    
“Əgər Azərbaycan ilə daxili razılaşmalar varsa, hesabatın (44 günlük müharibə ilə bağlı hesabat-red.) dərc olunması müəyyən qədər zərər vura bilər”.

Ordu.az xəbər verir ki, bunu Ermənistan parlamentinin “Hayastan” fraksiyasının rəhbəri, ölkənin sabiq müdafiə naziri Seyran Ohanyan 44 günlük müharibə üzrə istintaq komissiyasının hesabatının niyə dərc olunmadığı və bunun Nikol Paşinyanın sülh gündəliyinə zərər vurub-vurmayacağı sualına münasibət bildirib.

“İstintaq komissiyası qanunverici orqan kimi parlamentə qiymət verməlidir ki, o, öz vəzifələrini necə yerinə yetirib və hansı addımları atıb. İstintaq komissiyası həmçinin icra hakimiyyətinə də qiymət verməlidir. İcra hakimiyyəti öz funksiyalarını necə yerinə yetirib? Onun ziddiyyətli addımları və bəyanatları danışıqlar formatının pozulmasına gətirib çıxarmayıbmı? Həmçinin cavab verilməlidir ki, ATƏT-in Minsk qrupu həmsədrlərinin 2019-cu il təklifini niyə qatlayıb altına qoyublar və heç bir addım atmayıblar.

İstintaq komissiyası məhkəmə-hüquq sisteminə də qiymət verməlidir. Əgər qanun pozuntuları, müharibə zonasından yayınmalar daha çox olubsa, onlar başqa addımlar atmalı idilər. İlk növbədə müharibə zonasını bağlamalı, polis əlavə buraxılış məntəqələri qurmalı, axtarışlar aparmalı idi, sürətləndirilmiş istintaq tədbirləri görülməli, qanun pozanlar aşkarlanmalı və bütün bunlar məhkəmə sisteminə ötürülməli idi. Bunların heç biri edilməyib”, - deyə Ohanyan bildirib.

Sabiq erməni nazirin sözlərinə görə, orada elə məqamlar var ki, məhz özlərinə zərər verəcək: “Buna görə də bütün bunları ictimaiyyətə təqdim etmək istəmirlər”.

Alpər Mövludoğlu
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Ermənistan  


Bizi "telegram"da izləyin