“Həmin müharibə zamanı “müdafiə ordusu” komandanının general rütbəli iki müavini ölüb” - Ohanyan

2025/09/Ekran-1758957613.jpg
Oxunub: 506     16:42     20 Aprel 2026    
“Baş Qərargahın sabiq rəisi Onik Qasparyan öz bəyanatında bildirib ki, onun barəsində informasiya məkanına yalan xəbərlər atılıb və o, parlamentdə qapalı gizli müzakirələrin keçirilməsini təklif edir. Həmin müzakirələrdə o dövrün siyasi və hərbi vəzifəli şəxsləri, həmçinin gizli məlumatlara malik siyasi və ictimai xadimlər, itkin düşənlərin və ölənlərin yaxınları iştirak etməlidir”.

Ordu.az xəbər verir ki, bu barədə Ermənistan parlamentinin “Hayastan” fraksiyasının rəhbəri, ölkənin sabiq müdafiə naziri Seyran Ohanyan bildirib.

“O niyə indi danışmağa qərar verib? Hesab edirəm ki, buna səbəb məhz onun barəsində yayılan yalan xəbərlər olub. Çünki jurnalist fəaliyyəti ilə məşğul olan şəxslər tərəfindən müxtəlif şayiələr yayılırdı və o, buna cavab verməlidir”, - deyə o bildirib.

Ohanyan daha əvvəl verdiyi bəyanata toxunaraq, məhz Ermənistanın məsuliyyət zonası vasitəsilə Azərbaycanın Şuşaya, Laçına və digər ərazilərə çatdığını qeyd edib.

“Onlar deyirlər ki, Qarabağı təhvil verməyiblər. Mənim narazılığım ondadır ki, məsuliyyət daşımaq əvəzinə Nikol Paşinyan deyir ki, generallar qaçıblar. Əgər generallar qaçıblarsa, onun rəhbərliyi altında qaçıblar və o, hansı generalın qaçdığını deməyə borcludur. Əgər generallar qaçıblar və bununla bağlı səs qaldırılmırsa, danışılmırsa, bu gün yalnız mənim sözlərim müzakirə olunursa, hesab edirəm ki, burada əlavə məlumata ehtiyac var.

Mən yenidən təkrar etmək istəyirəm ki, Azərbaycan Silahlı Qüvvələri “müdafiə ordusu”nun (ləğv edilmiş qanunsuz “hərbi birləşmə”-red.) sahəsini sağ cinahdan yarıb keçib və həmin sahəyə görə məsuliyyəti Ermənistan daşıyır. Həmin müharibə zamanı “müdafiə ordusu” komandanının general rütbəli iki müavini ölüb. Diviziya komandirlərinin üç müavini, “Qarabağ milli təhlükəsizlik xidməti”nin (ləğv edilmiş qondarma qurum-red.) rəisinin iki müavini general da ölüb.

Mən hesab edirəm ki, Paşinyanın dedikləri yalandır, saxtakarlıqdır və əgər bu gün o, həmin generalların adlarını çəkmirsə, deməli, o, daim yalan və saxtakarlıq ideyası ilə rəhbərlik edib və bu gün də edir”, - deyə Oahnyan vurğulayıb.

Onik Qasparyanın əvvəlcə Paşinyanın bəyanatlarına münasibət bildirməli olduğu ilə bağlı qeydə cavab verən Ohanyan deyib: “Mən Onik Qasparyanı müzakirə etmək istəmirəm, çünki müharibə zamanı qərar qəbul etmək və onları icra etmək son dərəcə çətin, ağır və məsuliyyətli işdir. Əgər o deyirsə ki, bu məsələləri müzakirə etməyə hazırdır, qoy müzakirə etsin, gec də olsa yaxşıdır.

Mən öz çıxışımda yalnız bir ad işlətmişəm: Nikol Paşinyan. Bu gün bütün bunlara görə məsuliyyət daşıyan da odur. O, kifayət qədər manipulyativ şəkildə öz məsuliyyətini ya keçmiş hakimiyyətin, ya da dediyi kimi qaçan generalların üzərinə atmaq istəyir. Müharibə dövründə döyüşən ordu deyil, dövlətdir. Dövlət hərbi relslərə keçir, ehtiyat heyəti səfərbər edir, ordunu səfərbər edir və ona arxa durur”.

Alpər Mövludoğlu
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Ohanyan   Ermənistan  


Bizi "telegram"da izləyin