Armen Qriqoryan və Kevin Hemilton Ermənistan-NATO münasibətlərinin inkişaf perspektivlərini müzakirə ediblər

2026/04/1776688702.jpg
Oxunub: 434     16:30     20 Aprel 2026    
Aprelin 20-də Ermənistan Təhlükəsizlik Şurasının katibi Armen Qriqoryan Qafqaz və Mərkəzi Asiya üzrə NATO Baş katibinin xüsusi nümayəndəsi Kevin Hemiltonu qəbul edib.

Ordu.az xəbər verir ki, bu barədə Ermənistan Təhlükəsizlik Şurasının ofisi məlumat yayıb.

Məlumata görə, tərəflər Ermənistan-NATO münasibətlərinin cari gündəliyini və inkişaf perspektivlərini müzakirə ediblər.

“Armen Qriqoryan Ermənistan-NATO ikitərəfli münasibətlərinin möhkəmlənməsində müsbət dinamikanı vurğulayıb. Öz növbəsində Kevin Hemilton NATO-nun sülhməramlı missiyalarında Ermənistanın iştirakının formalaşdırdığı əməkdaşlığın əhəmiyyətini qeyd edib.

Görüş zamanı tərəflər həmçinin regional və beynəlxalq təhlükəsizliklə bağlı məsələlər ətrafında fikir mübadiləsi aparıblar”, - deyə məlumatda qeyd edilib.

Alpər Mövludoğlu
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Ermənistan   NATO  


Bizi "telegram"da izləyin