Ordu.az xəbər verir ki, bu barədə XİN-in "X" sosial media hesabında məlumat yayılıb.
Qeyd olunub ki, görüşdə Azərbaycan ilə UNESCAP arasında əməkdaşlığın mövcud vəziyyəti və gələcək perspektivləri müzakirə olunub.
Azərbaycanın regional və beynəlxalq platformalarda artan rolu vurğulanıb.
Enerji, nəqliyyat, rəqəmsallaşma, ticarətin asanlaşdırılması, yaşıl inkişaf və insan kapitalının inkişafı sahələrində birgə təşəbbüslər üçün imkanlar nəzərdən keçirilib.
Ordu.az