Paşinyan: "İrəvan KTMT-nin fəaliyyətində iştirakını bərpa etməyi planlaşdırmır"

2026/04/1776257913.jpg
Oxunub: 359     14:38     20 Aprel 2026    
Ermənistan, Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatında (KTMT) aktiv fəaliyyətini bərpa etməyi planlaşdırmır.

Ordu.az "Armenpress"ə istinadən xəbər verir ki, bu barədə Ermənistanın Baş naziri Nikol Paşinyan bu gün hakim "Vətəndaş müqaviləsi" partiyasının seçkiqabağı proqramını təqdim edərkən bildirib.

"Bildiyiniz kimi, Ermənistan Respublikasının KTMT-də üzvlüyü dondurulub və onun fəaliyyətinin bərpası ilə bağlı heç bir addım atılmayacaq. Bu, bizim seçkiqabağı proqramımızda da təsbit olunub", - Nikol Paşinyan deyib.

Ermənistanın digər çoxtərəfli əməkdaşlıq formatlarında iştirakına toxunan Paşinyan bunun ölkənin balanslaşdırılmış və tarazlı xarici siyasətinin effektivliyinin artırılması baxımından mühüm əhəmiyyət daşıdığını qeyd edib.

Xatırladaq ki, Ermənistan 2024-cü ilin fevralından KTMT-də iştirakını dondurub.

Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Paşinyan   Ermənistan  


Bizi "telegram"da izləyin