Aİ Ermənistanda keçiriləcək seçiklərə müdaxilə edir? – Səfir MSK-ni ziyarət etdi

2026/04/1776680500.jpg
Oxunub: 567     14:22     20 Aprel 2026    
Aİ-nin Ermənistandakı nümayəndəliyinin rəhbəri, səfir Vasilis Maraqos və Aİ nümayəndəliyinin rəhbərinin müavini Tereza Vorlova aprelin 20-də Ermənistanın Mərkəzi Seçki Komissiyasında qonaq olublar.

Ordu.az xəbər verir ki, bu barədə Ermənistan KİV-ləri məlumat yayıb.

Məlumata görə, qonaqları Ermənistan MSK-nın sədri Vahaqn Hovakimyan qəbul edib.

“Səfir Maraqos seçkilərə hazırlığın gedişi, eləcə də MSK ilə BMT İnkişaf Proqramının birgə həyata keçirdiyi işlərlə maraqlanıb”, - deyə məlumatda qeyd edilib.

Alpər Mövludoğlu
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Ermənistan    


Bizi "telegram"da izləyin