Aprelin 18-də saat 04:50 radələrində Ermənistan Ədliyyə Nazirliyinin “Armavir” cəzaçəkmə müəssisəsinin müşahidə qüllələrindən birində xidmət aparan mühafizə təminatı şöbəsinin əməkdaşı pilotsuz uçuş aparatı görüb. Həmin aparat sahələr arasında yerləşən qadağan olunmuş zonaya hansısa əşya atıb.
Ordu.az xəbər verir ki, bu barədə Ermənistan Penitensiar Xidməti məlumat yayıb.
Məlumata görə, əraziyə baxış zamanı yapışqan lentlə bükülmüş polietilen torba aşkar olunub. Həmin torbanın içərisində 2 mobil telefon olub.
Hadisə ilə bağlı müvafiq tədbirlər görülüb.
Alpər Mövludoğlu
Ordu.az
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Teqlər:
Ermənistan
PUA