Ordu.az xəbər verir ki, bu barədə Ermənistan KİV-ləri məlumat yayıb.
Məlumata görə, onların əllərində sürücülük vəsiqəsi təsviri olan plakatlar var.
Aksiya iştirakçılarından Xaçik Qriqoryan jurnalistlərlə söhbətində deyib: “Sürücülük hüququndan məhrum edilənlərə görə toplaşmışıq. Baş nazirdən xahiş edirik ki, bu qərarlara yenidən baxsın, heç olmasa dövlət büdcəsinə pul ödəyək, vəsiqələrimiz bərpa olunsun.
İnsanlar ev dolandırır, ailə saxlayır, belə davam etmək mümkün deyil. Bu qədər yığışırıq, amma məsələmiz həll olunmur. Cənab Paşinyan, xahiş edirik, bu məsələni həll edin. Məsələn, mənim maşınımın üzərində nömrə nişanı olmayıb, biri də var, dostunun evində bir badə içib, evə gedib, 100 metr aralıda saxlayıblar, hüququndan məhrum ediblər”.
Başqa bir iştirakçı da əlavə edib: “Deyək ki, içkili olmuşuq, qoy bağışlasınlar, yenidən baxsınlar, sürücülük vəsiqələrimizi qaytarsınlar. Baş nazirə yaxınlaşanda demişik, o da deyib ki, yenidən baxacağıq, cavab verəcəyik. Artıq üçüncü dəfədir ki, bura gəlirik, amma heç nə dəyişmir. Biz indi işləyə bilmirik”.
Aksiya iştirakçıları qeyd ediblər ki, heç olmasa 3-4 nəfəri Ermənistan baş naziri qəbul edib dinləsin.
Alpər Mövludoğlu
Ordu.az