Ermənistanda məcburi hərbi xidmət üçün yararsız hesab edilmiş şəxs başqa birinin əvəzinə müayinədən keçib

2025/11/1762926619.jpg
Oxunub: 409     12:54     20 Aprel 2026    
Ermənistan İstintaq Komitəsinin Hərbi İstintaq Baş İdarəsində başlanmış cinayət icraatının ibtidai istintaqı zamanı həyata keçirilən genişmiqyaslı prosessual və sübutedici hərəkətlər nəticəsində müəyyən olunub ki, J.S. Q.D.-nin 2022-ci ilin qış çağırışı zamanı sağlamlıq vəziyyətinə görə məcburi müddətli hərbi xidmət üçün yararsız hesab edildiyini bildiyi halda, N.H.-nin isə oğlu R.X.-i hərbi xidmətdən birdəfəlik azad etdirmək kimi qanunsuz məqsəd güddüyünü nəzərə alaraq, onlarla əvvəlcədən razılığa gəlib.

Ordu.az xəbər verir ki, bu barədə Ermənistan İstintaq Komitəsi məlumat yayıb.

Məlumata görə, o, R.X.-in əvəzinə Q.D.-nin müvafiq müayinədən keçməsi, sənədin saxtalaşdırılması və həmin sənədin hərbi komissarlığa təqdim olunaraq istifadə edilməsi yolu ilə bu cinayətin törədilməsini təşkil edib və idarə edib.

“Xüsusilə, J.S.-nin göstərişi ilə 2024-cü il mayın 30-da N.H. öz oğlunun yerinə Q.D.-ni tibb mərkəzinə aparıb. Orada onlar R.X.-in doğum haqqında şəhadətnaməsini təqdim ediblər və G.D. onun əvəzinə MRT müayinəsindən keçib.

Nəticədə həkim R.X.-in əvəzinə Q.D.-nin müayinəyə cəlb edildiyini bilmədən saxta sənəd tərtib edib.

R.X. özü haqqında tərtib olunmuş sənədin saxta olduğunu bildiyi halda, məcburi müddətli hərbi xidmət üçün yararsız hesab olunmaq və bu xidmətdən birdəfəlik qanunsuz azad olunmaq məqsədilə həmin sənədi Ermənistan Müdafiə Nazirliyinin hərbi komissarlığına təqdim edib. Bunun əsasında o, hərbi xidmətə məhdudiyyətlə yararlı hesab olunub, çünki Ermənistan hökumətinin 2024-cü il aprelin 18-də qəbul etdiyi qərardan sonra qeyd olunan xəstəliyin mövcudluğu artıq çağırışçını məcburi müddətli hərbi xidmətdən azad etmir”, - deyə məlumatda qeyd edilib.

Bildirilib ki, R.X. barəsində Ermənistan Cinayət Məcəlləsinin 457-ci maddəsinin 1-ci hissəsi ilə, yəni sənədləri, möhürləri, ştampları, blankları saxtalaşdırma və ya saxta sənədləri, möhürləri, ştampları, blankları satma, hazırlama və ya istifadə etmə maddəsi ilə ictimai cinayət təqibi başlanıb.

“N.H. və Q.D. barəsində 457-ci maddənin 2-ci hissəsi ilə, yəni bir qrup şəxs tərəfindən əvvəlcədən razılaşma ilə sənədləri, möhürləri, ştampları, blankları saxtalaşdırma və ya saxta sənədləri, möhürləri, ştampları, blankları satma, hazırlama və ya istifadə etmə maddəsi ilə, J.S. barəsində isə 46-457-ci maddənin 2-ci hissəsi ilə, yəni bir qrup şəxs tərəfindən əvvəlcədən razılaşma ilə sənədləri, möhürləri, ştampları, blankları saxtalaşdırma və ya saxta sənədləri, möhürləri, ştampları, blankları satma, hazırlama və ya istifadə etməni təşkil etmə maddəsi ilə ictimai cinayət təqibi başlanıb.

Cinayət işi ittiham aktı ilə nəzarətçi prokurora göndərilib ki, o bunu təsdiq etsin və məhkəməyə göndərilməsi barədə vəsatət versin”, - deyə məlumatda vurğulanıb.

Alpər Mövludoğlu
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Ermənistan   İstintaq-Komitəsi  


Bizi "telegram"da izləyin