Erməni deputatdan sabiq BQ rəisinə: “Hakim rejim döyüşə gedən hərbçilərə böhtan atanda niyə narahat olmurdun?”

2026/02/1771648134.jpg
Oxunub: 746     10:34     20 Aprel 2026    
“44 günlük müharibə günlərində Silahlı Qüvvələrin Baş Qərargah rəisi vəzifəsini tutmuş Onik Qasparyan parlamentin qapalı formatı şəraitində mövzuya aid bütün suallara cavab verməyi, “dövriyyədə olan bütün yalanları və əsassız manipulyasiyaları partlatmağı” təklif edib”.

Ordu.az xəbər verir ki, bunu “Facebook” səhifəsində Eemənistan parlamentinin “Şərəfim Var” fraksiyasının deputatı Tiqran Abrahamyan yazıb.

“Məni təəccübləndirən ilk şey odur ki, müharibənin ağır mövzusu 6 ildir gündəmdədir və məhz indi Qasparyanı narahat etməyə başlayıb.

Niyə keçmiş Baş Qərargah rəisi hakim rejim onun əmri ilə döyüşə gedən hərbçilərə böhtan atanda, təhqir edəndə və nüfuzdan salanda narahat olmurdu?

Generallıq yolu keçmiş insan “Yerablur”da ölmüş əsgərlərinin valideynləri sürüklənərkən və zorakılığa məruz qalarkən nə hiss edirdi? Niyə Onik Qasparyan emosional bəyanatlar vermirdi?”, - deyə Abrahamyan bildirib.

O, həmçinin qeyd edib: “Niyə Qasparyan 2023-cü ildə susurdu? Niyə Qasparyan yalnız müharibə şəraiti ilə bağlı hansısa formada öz adı hallananda narahat olur, gərginləşir və əsəbiləşir? Əgər buna baxmayaraq danışmağa qərar vermisinizsə, deməliyəm ki, açıq-aşkar pis format seçmisiniz.

Sizin deyəcəkləriniz ictimai olmalıdır, görüş və ünsiyyət formatı isə maraqlı şəxslər və qruplarla qarşılıqlı razılaşdırılmış şəkildə müəyyənləşdirilməlidir. Heç birimiz hakim deyilik, səhvlərdən də sığortalanmamışıq, lakin onlara görə üzr istəmək və doğru yolla hərəkət etmək heç vaxt artıq deyil.

Hər kəsin hüquqi, siyasi və mənəvi məsuliyyət ölçüsü isə bunun üçün zəruri şərait formalaşanda, ən azı hakimiyyət dəyişikliyindən sonra obyektiv şəkildə müəyyən edilə bilər”.

Alpər Mövludoğlu
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Abrahamyan   Qasparyan  


Bizi "telegram"da izləyin