“Qarşıdakı parlament seçkilərində hakimiyyətin yenidən seçilməsinin qarşısı alınmalıdır” - Ohanyan

2026/02/1770015888.jpg
Oxunub: 319     10:28     20 Aprel 2026    
“Qarşıdakı parlament seçkilərində hakimiyyətin yenidən seçilməsinin qarşısı alınmalıdır”.

Ordu.az xəbər verir ki, bunu Ermənsitan parlamentində keçirilən ənənəvi brifinq zamanı müxalif “Hayastan” fraksiyasının rəhbəri Seyran Ohanyan bildirib.

“Bunun qarşısını almaq lazımdır ki, Nikol Paşinyanın hakimiyyəti 2026-cı ildə yenidən seçilməsin və ölkəmizi davamlı tənəzzülə aparmasın. Bu, həm də milli ləyaqətin bərpası məsələsidir”, - deyə Ohanyan qeyd edib.

Erməni müxalif siyasətçinin sözlərinə görə, təqsirləndirilənlə ittiham edənin rolları dəyişib.

“Belə ki, bu gün Ermənistan heç bir müdafiə olmadan təqsirləndirilən statusuna düşüb. Biz bütün tələblərimizdən, maraqlarımızdan irəli gələn bütün addımlardan imtina etmişik”, - deyə erməni deputat bildirib.

Alpər Mövludoğlu
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Ohanyan   Ermənistan  


Bizi "telegram"da izləyin