“Günən kəndində Ermənistanla Azərbaycanı ayıran divar sülh rəmzi deyil” - Köçəryan

2026/01/1769691713.jpg
Oxunub: 347     10:24     20 Aprel 2026    
“Günəndə elə bir divar tikildi ki, bu, xalqımıza sülh rəmzi kimi təqdim olundu”.

Ordu.az xəbər verir ki, bunu Vanadzorda keçirilən seçkiqabağı təşviqat kampaniyası zamanı Ermənistanın ikinci prezidenti Robert Köçəryan bildirib.

Sabiq erməni prezidentin sözlərinə görə, divarlar birləşdirmək üçün yox, ayırmaq üçün nəzərdə tutulur.

“Bu baxış bütün dünyada geniş yayılıb. Berlin divarı bütün dünya üçün Soyuq müharibənin rəmzi olub. Çin səddi şimaldan gələn müxtəlif vəhşi tayfalardan qorunmaq üçün müdafiə qurğusu olub. Amma bizim elə bir liderimiz var ki, turizm bələdçisinə çevrilib, insanları ora aparır, divarı göstərir və deyir: “Bu, sülh rəmzidir”. Halbuki bütün dünyada divar ayrılıq rəmzidir”, - deyə Köçəryan bildirib.

Alpər Mövludoğlu
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Köçəryan   Ermənistan  


Bizi "telegram"da izləyin