Rumen Radevin partiyası Bolqarıstanda keçirilən seçkilərdə böyük fərqlə liderlik edir

2024/12/1735030301.jpg
Oxunub: 314     10:04     20 Aprel 2026    
Bolqarıstanın sabiq prezidenti Rumen Radevin "Proqressiv Bolqarıstan" partiyası bülletenlərin 78,24 %-nin nəticələrinə əsasən seçicilərin 44,881 % səsini qazanıb.

Ordu.az xəbər verir ki, bu barədə Bolqarıstanın xəbər agentlikləri Mərkəzi Seçki Komissiyasına (MSK) istinadən məlumat yayıb.

Beləliklə, ilkin nəticələrə əsasən, Rumen Radevin partiyası parlament seçkilərində səs çoxluğu ilə liderlik edir.

"Proqressiv Bolqarıstan" 13,651 % səs toplamış "Dəyişikliklərə davam edirik - Demokratik Bolqarıstan" koalisiya partiyasını, eləcə də keçmiş baş nazir Boyko Borisovun başçılıq etdiyi GERB partiyasını (13,184 %) xeyli qabaqlayır.

Seçki Məcəlləsinə əsasən, MSK toplanmış səslər və mandatların partiyalar və koalisiyalar arasında bölüşdürülməsi barədə seçki günündən ən geci dörd gün sonra, seçilmiş parlament üzvlərinin adlarını isə seçki günündən ən geci yeddi gün sonra elan etməlidir.

Xatırladaq ki, aprelin 19-da Bolqarıstanda 2021-ci ildən bəri səkkizinci parlament seçkiləri keçirilib.

Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Rumen-Radev   Bolqarıstan  


Bizi "telegram"da izləyin