“Bəzi nüanslar var, yəqin ki, Konstitusiya mətninin dərc olunması seçkilərdən sonraya qalacaq” - Paşinyan
“Təbii olaraq Konstitusiya mətninə bələdəm, mən özüm də həmin mətn üzərində müəyyən dərəcədə işləmişəm, dərc olunmasının tərəfdarıyam, amma məsələ ondadır ki, dövlət idarəetmə sisteminin tənzimlənməsi ilə bağlı bir neçə prinsipial və mühüm nüans ətrafında hökumət və siyasi komandada müəyyən müzakirələr var”.
Ordu.az xəbər verir ki, bunu hökumətin iclasından sonra jurnalistlərlə brifinqdə Ermənsitanın Baş naziri Nikol Paşinyan Konstitusiyanın yeni mətn layihəsinin seçkilərdən əvvəl dərc olunmasına tərəfdar olub-olmaması ilə bağlı suala cavab verərkən bildirib.
“Mən istəmirəm ki, biz həmin müzakirələri işçi səviyyəsində həll etmədən sənədi dərc edək. Amma təəssüf ki, seçki dövrü getdikcə daha sürətlə yaxınlaşır və biz planlaşdırırıq ki, o vaxta qədər bu məsələləri müzakirə edib həll etməyə çalışaq. Amma əgər çatdırmasaq, dərc olunması seçkilərdən sonraya qalacaq”, - deyə o bildirib.
Alpər Mövludoğlu
Ordu.az
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Teqlər:
Paşinyan
Ermənistan