“İnsanlar hesab edir ki, Ermənistan hakimiyyətinin psixoloq və ya psixiatr xidmətlərinə ehtiyacı var” - Köçəryan

2026/03/1773150242.jpg
Oxunub: 311     09:59     20 Aprel 2026    
“Ermənistan hakimiyyəti bir-birinə zidd elə bəyanatlar verir ki, adam mat qalır”.

Ordu.az xəbər verir ki, bunu Vanadzorda seçkiqabağı təşviqat kampaniyası zamanı Ermənistanın ikinci prezidenti Robert Köçəryan bildirib.

“İnsanlar deyirlər: “Yaxşı, əgər bunlar doğrudan da belə düşünürlərsə, onda psixoloqa və ya psixiatra ehtiyacları var, yox əgər belə düşünmürlərsə, deməli bütöv bir xalqı dəli yerinə qoyurlar. Əziz xalq, bizim bütün bunları düzəltmək üçün tarixi imkanımız var və həmin tarixi imkan iyunun 7-sidir. Biz doğrudanmı belə liderlərə malik olduğumuz fikri ilə barışırıq? Əgər yoxsa, onda belə adamları hakimiyyətdən uzaqlaşdırmalıyıq. Hər gün Ermənistan üçün böyük itkidir, amma onları uzaqlaşdırmağın konstitusion yolu qarşımızdadır. Az qalıb və sizinlə birlikdə bunu etməliyik. Bunu bacararıqmı?” - deyə Köçəryan auditoriyaya müraciətlə bildirib.

Bu mətndən sonra iştirakçıların alqışları səslənib, bundan sonra keçmiş erməni prezident sakinlərin suallarını cavablandırmağa başlayıb.

Alpər Mövludoğlu
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Köçəryan   Ermənistan  


Bizi "telegram"da izləyin