“Şəhər-dövlət modeli Ermənistan üçün təhdiddir” - Köçəryan

2026/01/1769691713.jpg
Oxunub: 356     09:57     20 Aprel 2026    
“Əmin olun ki, vilayət mərkəzlərinə və rayonlara diqqət çox böyük olacaq”.

Ordu.az xəbər verir ki, bunu Vanadzorda “Hayastan” blokunun seçkiqabağı təşviqat kampaniyası zamanı blokun lideri, Ermənistanın ikinci prezidenti Robert Köçəryan bildirib.

Keçmiş erməni prezidentin fikrincə, “şəhər-dövlət” modeli Ermənistan üçün təhlükə yaradır.

“Biz elə bir regionda yerləşirik ki, buna diqqət yetirməmək mümkün deyil və bu, ölkənin təhlükəsizlik komponentlərindən biri olmalıdır. Bütün əhali yalnız İrəvanda cəmləşməməlidir. Bu gün əhalinin üçdə birindən çoxu İrəvanda yaşayır və əgər bu tendensiya davam etsə, 5-10 ildən sonra düz yarısı İrəvanda olacaq”, - deyə Köçəryan bildirib.

Köçəryan hesab edir ki, bu problem yalnız yeni iş yerlərinin yaradılması ilə həll oluna bilər.

O əlavə edib ki, insanların həyatı maraqlı və dolğun olmalıdır.

Alpər Mövludoğlu
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Köçəryan   Ermənistan  


Bizi "telegram"da izləyin