“Bütün danışıqlar paketi dərc edilib, amma hiss etmirsinizmi ki, əvvəl deyilən o söhbətlər hara getdi?” - Paşinyan

2026/04/1776257913.jpg
Oxunub: 474     09:52     20 Aprel 2026    
“Biz Ermənistanın beynəlxalq səviyyədə tanınmış ərazisindən danışırıq, buna görə də sizin dediyiniz cümləni səsləndirmək mümkün deyil”.

Ordu.az xəbər verir ki, bunu aprelin 18-də hökumətin iclasından sonra jurnalistlərlə brifinqdə Ermənsitan Baş naziri Nikol Paşinyan deyib.

“2021-2026-cı illər hökumətin fəaliyyət proqramında qeyd olunub ki, sülh dövrünün açılması xalq qarşısında üzərimizə götürdüyümüz ən böyük öhdəlikdir. Dövlət idarəçiliyinin elə xüsusiyyəti var ki, bəzən seçim qarşısında qalırıq və bizim ən böyük öhdəliyimiz sülh olduğu üçün biz ən böyük öhdəliyi yerinə yetirmək yolu ilə getmişik. Yəni əgər ziddiyyət varsa, tərəzinin bir gözünə bir məsələ, digər gözünə başqa məsələ qoyulur.

Əgər həmin məsələlərin həyata keçirilməsi zamanı ziddiyyət olmasaydı, bu sual da yaranmazdı. Elə vəziyyət yarananda ki, anlayırsan bunlar uzlaşmır, seçim etmək lazımdır və biz Ermənistanın suverenliyi, ərazi bütövlüyü və dövlətin davamlılığı gündəliyinin xeyrinə seçim etmişik. Xüsusilə də ona görə ki, digər gündəliklərin həyata keçirilməsində biz mümkünsüzlük nöqtəsinə çatmışdıq”, - deyə o bildirib.

Paşinyan əmin edib ki, 2018-ci ildən onlar səmimi şəkildə gündəlikləri həll etmək yolu ilə gediblər.

“Bunun sübutu odur ki, biz Qarabağ məsələsinin məzmununda heç nəyi dəyişməmişik. Bunun sübutu danışıqlar paketinin dərc olunmasıdır, bütün danışıqlar paketi dərc edilib. Amma hiss etmirsinizmi ki, əvvəl deyilən o söhbətlər hara getdi, guya danışıqlarda belə olub, elə olub və sair. Bunların hamısı puç oldu. Niyə? Çünki bütün danışıqlar tarixinin tam paketini dərc etdik və bu gün hər bir vətəndaş açıb oxuya bilər ki, Qarabağ məsələsi nə idi, nə demək idi və danışıqlar nəyin ətrafında aparılırdı”, - deyə Paşinyan qeyd edib.

Alpər Mövludoğlu
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Paşinyan   Ermənistan  


Bizi "telegram"da izləyin