Füzulidəki qəzada ölən hərbçilərin - FOTOSU

2026/04/Ekran-1776655093.jpg
Oxunub: 536     09:47     20 Aprel 2026    
Xəbər verdiyimiz kimi, Füzuli rayonunda 2 hərbçinin ölümü ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

Ordu.az faciəvi şəkildə həyatlarını itirən 36 yaşlı Əli Vəliyev və 26 yaşlı Mirqəşəm Talıbovun fotosunu təqdim edir:



Qeyd edək ki, qəza dünən səhər rayonun Böyük Bəhmənli kəndi ərazisində qeydə alınıb. Hərəkətdə olan “Mercedes” markalı avtomobillə “VAZ 2107” markalı maşın toqquşub. 1990-cı il təvəllüdlü Əli Vəliyev və 2000-ci il təvəllüdlü Mirqəşəm Talıbov hadisə yerində həyatlarını itirib.

Qəzada xəsarət alan 1995-ci il təvəllüdlü Süleyman Süleymanov və 2001-ci il təvəllüdlü Rəşad Namazəliyev müxtəlif dərəcəli bədən xəsarətləri ilə Füzuli Rayon Mərkəzi Xəstəxanasına çatdırılıblar.

Məlumata görə, həyatlarını itirən şəxslər hərbçi, yaralanan R.Namazəliyev isə ANAMA əməkdaşıdır.

Faktla bağlı hüquq-mühafizə orqanları tərəfindən araşdırma aparılır.

Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər:


Bizi "telegram"da izləyin