Paşinyan: “Vətəndaş Müqaviləsi” partiyasının seçkiqabağı proqramını təqdim edirəm”

2026/04/1775731371.jpg
Oxunub: 372     09:43     20 Aprel 2026    
Ermənistanın baş naziri Nikol Paşinyan “Facebook” səhifəsində canlı yayıma çıxaraq “Vətəndaş Müqaviləsi” partiyasının seçkiqabağı proqramını təqdim edib.

Ordu.az xəbər verir ki, bu barədə Ermənistan KİV-ləri məlumat yayıb.

“Bizim seçkiqabağı proqramımız mənim müraciətimlə başlayır, müraciət isə öz növbəsində hökumətin 2021-2026-cı illər fəaliyyət proqramından sitatla başlayır. Həmin proqram 2021-ci ildə parlamentdə qəbul olunub. Əlbəttə, son dövrdə bu hissəni dəfələrlə sitat gətirmişəm, amma seçkiqabağı proqramımızın ayrılmaz hissəsi kimi onu yenidən oxumaq istəyirəm. Beləliklə:

“Ermənistan və region üçün sülh yolu ilə inkişaf dövrünü açmaq, hər halda, 2021-ci il növbədənkənar seçkilərinin nəticələrinə əsasən xalq qarşısında hökumətin üzərinə götürdüyü ən böyük missiyadır”.

Və 2021-ci il seçkilərinin yekunlarından sonra, həmçinin indi Ermənistan vətəndaşlarına müraciət edirəm:

“Ermənistanın əziz vətəndaşı,

Mən, Ermənistan baş naziri, “Vətəndaş Müqaviləsi” partiyasının idarə heyətinin sədri və baş nazirliyə namizəd Nikol Paşinyan sizə müraciət edirəm.

“Vətəndaş Müqaviləsi” partiyası sizin dəstəyinizlə qarşınızda götürdüyü ən böyük missiyanı yerinə yetirib”, - deyə o qeyd edib.

Paşinyan bildirib ki, Ermənistanla Azərbaycan arasında sülh bərqərar olub və beləliklə, Ermənistan üçün sülh yolu ilə inkişaf dövrü açılıb.

“İyunun 7-də keçiriləcək seçkilərdə sizinlə birlikdə bir məsələni həll etməliyik: yeni doğulmuş, hələ həssas olan və gündəlik qayğımıza ehtiyacı olan sülhə sahib çıxmalıyıq.

İyunun 7-də seçki məntəqəsinə gedin və “Vətəndaş Müqaviləsi” partiyasına səs verərək sülhə sahib çıxın.

Sizin Nikol”, - deyə Paşinyan bildirib.

Ermənistan baş naziri daha sonra vurğulayıb ki, “Vətəndaş Müqaviləsi” partiyasının seçkiqabağı proqramının ideoloji əsası “Real Ermənistan” ideologiyası və Ermənistanın iqtisadi, institusional transformasiya doktrinasıdır.

O, 2026-2031-ci illər üçün əsas görüləcək işləri təqdim edib.

Alpər Mövludoğlu
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Paşinyan   Ermənistan  


Bizi "telegram"da izləyin