Erməni hüquq müdafiəçisi: “Orduda baş verən intiharlar barədə deyirdi ki, evdə silahları yoxdur ki, intihar etsinlər”

2026/04/1776258639.jpg
Oxunub: 368     09:31     20 Aprel 2026    
“Nikol Paşinyan bu gün orduda ölüm halları barədə danışıb, lakin bunları ümumiyyətlə ordu və ordudakı mövcud mühitlə əlaqələndirməyib”.

Ordu.az xəbər verir ki, bunu erməni hüquq müdafiəçisi Janna Aleksanyan yazıb.

“O deyib: “Məndə belə bir qənaət var ki, bu, uşaq bağçasından başlayaraq bizim təhsil sistemimizlə bağlıdır”. Paşinyan intihar hallarını “uşaqlarımızın psixoloji dayanıqlılığı ilə bağlı problemlərlə” əlaqələndirib, yenə də ordudakı mövcud problemlərlə heç bir əlaqə qurmayıb.

Bir neçə il əvvəl Müdafiə Nazirliyində Qabriel Balayan adlı müavin var idi, o, orduda baş verən intiharlar barədə deyirdi ki, evdə silahları yoxdur ki, intihar etsinlər, bura gəlirlər, burada intihar edirlər. Paşinyanın dedikləri də eyni məntiq çərçivəsindədir. Amma onun çıxışında ümidverici bir məqam da var idi. Deyir ki, “tapşırıq vermişəm ki, sübuta yetirilmiş intihar halları ayrıca çıxarılsın...”, görək neçə sübuta yetirilmiş intihar halını ortaya qoyacaqlar. Burada əsas söz sübuta yetirilmiş ifadəsidir. Valideynlərin böyük əksəriyyətinin etirazı məhz sübuta yetirilməmiş intihar halları ilə bağlıdır. Düşünürəm ki, Paşinyan bundan yaxşı məlumatlıdır”, - deyə o qeyd edib.

Alpər Mövludoğlu
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Aleksanyan   Ermənistan  


Bizi "telegram"da izləyin