Erməni deputat: “Bunun müqabilində hansısa vəd verilib, bəs hələ bilmədiyimiz neçə belə vəd var?”

2026/04/1776662497.jpg
Oxunub: 487     09:22     20 Aprel 2026    
“Ermənistanın hakim “Vətəndaş Müqaviləsi” fraksiyasının nümayəndələri vəziyyəti elə təqdim etməyə çalışırlar ki, guya onların Azərbaycanla kağız üzərində təsbit olunmuş razılaşmalardan başqa heç bir razılığı yoxdur”.

Ordu.az xəbər verir ki, bunu Ermənistan parlamentində keçirilən ənənəvi brifinq zamanı müxalif deputat, Ermənistan Respublikaçılar Partiyasının üzvü Hayk Mamicanyan bildirib.

Erməni deputatın sözlərinə görə, iki gün əvvəl Azərbaycan nümayəndəsi faktiki olaraq bəyan edib ki, sülh müqaviləsinin imzalanması üçün ilkin şərt Ermənistan Konstitusiyasının dəyişdirilməsidir.

“Əgər həmin sənəddə Konstitusiyanın dəyişdirilməsi barədə bir kəlmə də yoxdursa, deməli, o kağızda hər şey yazılmayıb. 2018-ci ildə Paşinyan İlham Əliyevdən xahiş edib ki, sərhəddə gərginlik azaldılsın, çünki özü güclü respublikaçıların məsələsini həll etməyə çalışırdı. İlham Əliyev buna nəyin müqabilində razılaşıb, bu sualın cavabı məndə yoxdur. Bu sualı bizim soydaşlarımız da verməlidir. Aydındır ki, bunun müqabilində hansısa vəd verilib. Bəs hələ bilmədiyimiz neçə belə vəd var?”, - deyə Mamicanyan bildirib.

Alpər Mövludoğlu
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Ermənistan   Mamicanyan  


Bizi "telegram"da izləyin