Ordu.az xəbər verir ki, bunu “İşıqlı Ermənistan” partiyasının rəhbəri Edmond Marukyan bildirib.
Erməni siyasətçinin sözlərinə görə, ilk növbədə seçicilər hələ seçkiyə gedib-getməyəcəklərinə qərar verməyiblər.
“Yəni Ermənistanda bir milyondan çox insan seçkiyə getmir və gedib-getməyəcəyini də bilmir. Ona görə ki, həmin bir milyon insan bu prosesə qoşulan və namizədliyini irəli sürən qüvvələr arasında səs verməyə dəyər hesab etdiyi siyasi məhsulu görmür”, - deyə Marukyan vurğulayıb.
Erməni partiya liderinin fikrincə, həmin siyasi qüvvələr təqdim etdikləri “məhsulla” seçicilərin rəğbətini qazana bilməyiblər.
“Və bu fonda biz deyirik: “İşıqlı Ermənistan” seçki prosesinə daxil olur, sizin baş nazir uğrunda mübarizənizə yox. Çünki mənfi bir hal var: müxalifətdə hamı hakimiyyət dəyişikliyinin vacib olduğunu qəbul edir, amma hamı kimin hakimiyyətə gəlməsi məsələsində razı deyil”, - deyə o qeyd edib.
“Biz deyirik ki, əziz xalq, sizi aldatmayacağıq, bunlar parlament seçkiləridir, biz parlamentə gedirik. Xalqın parlamentdə bizim kimi insanlara ehtiyacı var ki, onların və Ermənistanın maraqları layiqincə müdafiə olunsun”, - deyə Marukyan bildirib.
Alpər Mövludoğlu
Ordu.az