Hakan Fidan Zəngəzur dəhlizinin işə salınmasını Türkiyə üçün vacib addım adlandırıb

2026/01/1769072805.jpg
Oxunub: 567     19:32     19 Aprel 2026    
Türkiyənin xarici işlər naziri Hakan Fidan Ermənistan-Azərbaycan münasibətlərinin normallaşdırılması mövzusuna toxunub.

Ordu.az xəbər verir ki, bu barədə Türkiyənin “Turkiyegazetesi” saytı məlumat yayıb.

Məlumata görə, Antalya Diplomatik Forumu çərçivəsində çıxış edən Hakan Fidan regionda münaqişələrin həlli zərurətindən danışarkən Ermənistan və Azərbaycan arasında münasibətlərin normallaşdırılmasına toxunub və bunu diplomatik model adlandırıb.

Fidanın sözlərinə görə, Türkiyə Cənubi Qafqazda sülhün bərqərar olunması üçün ciddi səylər göstərir. O vurğulayıb ki, Vaşinqtonda razılaşdırılmış sülh müqaviləsinə bir-iki addım qalıb.

“Biz görürük ki, hər iki tərəf səmimidir. Azərbaycan tərəfindən həyata keçiriləcək sülh region xalqları üçün vacib sabitlik qapısı açacaq.

Yekun imza ilə Ermənistan-Türkiyə və Azərbaycan-Ermənistan münasibətlərinin normallaşması, iqtisadi və enerji təhlükəsizliyi sahəsində çox ciddi nəticələr proqnozlaşdırılır. Regionun əlaqələrini gücləndirmək baxımından Türkiyə üçün Zəngəzur dəhlizi çox vacibdir. Bu məsələ ilə bağlı Aİ ilə sıx təmasdayıq. Sülh sazişi imzalanan kimi regionda böyük və müsbət inkişaf olacaq”, - deyə Fidan bildirib.

Sevinc Əliyeva
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Fidan   Zəngəzur-dəhlizi  


Bizi "telegram"da izləyin