Gümrü sakinləri: “Şəhər merini həbs etdirən və yeparxiya rəhbərini ev dustaqlığında saxlayan Paşinyanı dəstəkləyə bilmərik”

2026/04/Ekran-1776590061.jpg
Oxunub: 442     13:13     19 Aprel 2026    
“Bir çox gümrülülər baş nazir Nikol Paşinyanın komanda üzvləri ilə birlikdə şəhərinə gəlməsindən və üstəlik, axşam mərkəzi meydanda konsert verəcəyindən məmnun deyillər”.

Ordu.az xəbər verir ki, bu barədə Ermənistanın “News.am” nəşri yazıb.

“Hələ bir üzü var, Gümrüyə gəlib hə bu alçaq? Ayıb olsun o gümrülüyə ki, bu alçağa səs verəcək”, - deyə erməni sakinlərdən biri bildirib.

“Getsin xainlərlə çalsın, mən necə iştirak edə bilərəm, 8 ildir onun əlindən əziyyət çəkirik”, - deyə başqa bir erməni sakin qeyd edib.

Gümrülülərin sözlərinə görə, onlar şəhər merini həbs etdirən və yeparxiya rəhbərini ev dustaqlığında saxlayan Paşinyanı dəstəkləyə bilməzlər.

Alpər Mövludoğlu
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Gümrü   Paşinyan  


Bizi "telegram"da izləyin