Paşinyanın səfəri ərəfəsində Ermənistan MTX əməkdaşları ruhanilərlə görüşüblər?

2026/04/Ekran-1776584267.jpg
Oxunub: 455     11:35     19 Aprel 2026    
“Şirak yeparxiyasının rəhbəri, ev dustaqlığında olan arxiyepiskop Mikayel Acapahyan güclü insandır, güclü insanlar isə öz sağlamlıq problemlərindən danışmırlar”.

Ordu.az xəbər verir ki, bunu bu gün jurnalistlərlə söhbətində Gümrünün “Surb Astvatsatsin” kilsəsinin ruhani keşişi Husik Qriqoryan deyib.

Jurnalistin “Milli Təhlükəsizlik Xidmətinin əməkdaşları ruhanilərlə söhbət ediblərmi? Çünki Paşinyan Gümrüyə gəlir və kilsəni ziyarət edəcək” sualına cavab olaraq erməni keşiş bildirib: “Şəxsən mənimlə təmas olmayıb, amma qalanlarının əvəzinə danışa bilmərəm, çünki hər biri ilə ayrıca əlaqə ola bilər, amma düşünmürəm, çünki uzun müddət gəlib ibadətdə qalmaq bir şeydir, sadəcə ziyarət isə başqa bir şeydir, kilsə isə bütün övladlarının üzünə açıqdır. Hətta kilsənin özünə qarşı mübarizə aparan övladlar olsa belə… Necə ki valideyn üçün övladlardan biri pisdir, biri itaətsizdir, digəri isə daha ağıllıdır”.

Alpər Mövludoğlu
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Ermənistan   MTX  


Bizi "telegram"da izləyin