Ordu.az xəbər verir ki, bunu Ermənistan Silahlı Qüvvələri Baş Qərargahının keçmiş rəisi Onik Qasparyan yazıb.
“Reallığa uyğun olmayan məlumatlar yayan şəxslər ondan istifadə edirlər ki, mən milli və dövlət maraqlarını üstün tutaraq müharibə ilə bağlı məsələlərə ictimai şəkildə aydınlıq gətirməkdən çəkinirəm.
Təklif edirəm ki, parlamentdə 2020-ci il müharibəsi və müharibədən sonrakı hadisələrlə bağlı qapalı formatda müzakirə təşkil olunsun, həmin müzakirəyə o dövrdə vəzifədə olmuş siyasi və hərbi əsas vəzifə sahibləri, habelə dövlət və xidməti sirr təşkil edən məlumatlarla tanış olmaq üçün müvafiq icazəsi olan siyasi və ictimai xadimlər, eləcə də ölmüş və itkin düşmüş hərbçilərin yaxınları cəlb edilsin.
Həqiqətlə üz-üzə gəlməyin və dövriyyəyə buraxılan bütün yalanları, əsassız manipulyasiyaları partlatmağın vaxtıdır. Silahlı qüvvələrə aid hissə üzrə ətraflı və çoxtərəfli əsaslandırılmış təhlil təqdim etməyə hazıram”, - deyə o qeyd edib.
Alpər Mövludoğlu
Ordu.az