Naim Qasem: "Hörmüz boğazının bağlanması ilə İsrailin Livana hücumları dayandırılıb"

2026/04/1776542214.jpg
Oxunub: 475     23:50     18 Aprel 2026    
"Hizbullah" qruplaşmasının rəhbəri Naim Qasem Hörmüz boğazının bağlanmasına görə, İrana təşəkkür edib.

Ordu.az İran mediasına istinadən xəbər verir ki, N. Qasem Hörmüz boğazının bağlanması ilə İsrailin Livana hücumlarının dayandığını xatırladıb.

"İranın dəstəyinə görə minnətdarıq; Hörmüz boğazının bağlanması Amerika və İsraili Livana qarşı hücumları dayandırmağa məcbur edib", – o bildirib.

Onun fikrincə, silahlı müqavimət olmasa, atəşkəs əldə edilməzdi: "Düşmən Livanda istəyinə çata bilməyib, 45 günlük savaşda təslim olmadıq".

Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Qasem   Hörmüz  


Bizi "telegram"da izləyin