Mirzoyanın müavini Antalyada BƏƏ prezidentinin diplomatik məsələlər üzrə müşaviri ilə görüşüb

2026/04/1776440987.jpg
Oxunub: 482     21:43     18 Aprel 2026    
Antalya Diplomatik Forum çərçivəsində Ermənistan xarici işlər nazirinin müavini Vahan Kostanyan BƏƏ prezidentinin diplomatik məsələlər üzrə müşaviri Ənvər Qarqaş ilə görüşüb.

Ordu.az xəbər verir ki, bu barədə Ermənistan KİV-ləri məlumat yayıb.

Məlumata görə, həmsöhbətlər Ermənistan-BƏƏ ikitərəfli münasibətlərini, xüsusilə iqtisadi əməkdaşlığa dair məsələləri müzakirə ediblər.

“Yaxın Şərqdə mövcud təhlükəsizlik vəziyyəti ətrafında fikir mübadiləsi aparılıb”, - deyə məlumatda qeyd edilib.

Alpər Mövludoğlu
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: BƏƏ   Ermənistan  


Bizi "telegram"da izləyin