Ceyhun Bayramov və Bəxtiyor Saidov Yaxın Şərqdəki vəziyyəti müzakirə ediblər

2026/04/1776533906.jpg
Oxunub: 557     21:32     18 Aprel 2026    
Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov özbəkistanlı həmkarı Bəxtiyor Saidovla görüşüb.

Ordu.az xəbər verir ki, bu barədə Azərbaycan Xarici İşlər Nazirliyinin "X" sosial şəbəkə hesabında məlumat yayılıb.

"Görüş zamanı iki qardaş ölkə arasında ikitərəfli və çoxtərəfli platformalarda müttəfiqlik münasibətləri, Yaxın Şərqdəki mövcud təhlükəsizlik vəziyyəti müzakirə olunub", məlumatda bildirilib.

Qeyd olunub ki, həmçinin qarşılıqlı maraq doğuran digər ikitərəfli və regional məsələlər ətrafında fikir mübadiləsi aparılıb.

Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Azərbaycan   Özbəkistan  


Bizi "telegram"da izləyin