Ermənistan XİN rəhbərinin müavini Antalyada iranlı həmkarı ilə görüşüb - YENİLƏNİB

2026/04/1776530023.jpg
Oxunub: 738     21:40     18 Aprel 2026    
2026-cı il aprelin 18-də Antalya Diplomatik Forum çərçivəsində Ermənistan xarici işlər nazirinin müavini Vahan Kostanyan İran xarici işlər nazirinin müavini, XİN-in siyasi və beynəlxalq araşdırmalar mərkəzinin rəhbəri Səid Xətibzadə ilə görüşüb.

Ordu.az xəbər verir ki, bu barədə Ermənistan KİV-ləri məlumat yayıb.

Məlumata görə, həmsöhbətlər ikitərəfli gündəliyin cari məsələlərini müzakirə edib, regional proseslər, sülh və sabitliyin möhkəmləndirilməsi istiqamətində səylər ətrafında fikir mübadiləsi aparıblar.

***

İran xarici işlər nazirinin müavini Səid Xətibzadə erməni həmkarı Vahan Kostanyan ilə görüşüb və regiondakı son proseslər barədə məsləhətləşmə aparıb.

Ordu.az xəbər verir ki, bu barədə İran mediası məlumat yayıb.

"Antalya Diplomatiya Forumu çərçivəsində baş tutan görüşdə ikitərəfli gündəlikdə olan cari məsələlər ətrafında danışıqlar aparılıb, regional proseslər, eləcə də sülh və sabitliyin gücləndirilməsi məqsədilə həyata keçirilən səylər müzakirə edilib", - deyə məlumatda bildirilib.

Alpər Mövludoğlu
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: İran   Ermənistan  


Bizi "telegram"da izləyin