Azərbaycan rəsmiləri Meksikada səfərdədir

2026/04/1776529450.jpg
Oxunub: 444     20:05     18 Aprel 2026    
Diasporla İş üzrə Dövlət Komitəsinin sədri Fuad Muradovun rəhbərlik etdiyi nümayəndə heyəti Meksika Birləşmiş Ştatlarına işgüzar səfər edib.

Ordu.az xəbər verir ki, bu barədə Diasporla İş üzrə Dövlət Komitəsinin "X" sosial şəbəkə hesabında məlumat yayılıb.

Səfər çərçivəsində Azərbaycanın Meksikadakı Səfirliyində Ümummilli Lider Heydər Əliyevin büstü önünə əklil qoyulub, onun əziz xatirəsi ehtiramla yad edilib.

Eyni zamanda, nümayəndə heyəti Mexiko şəhərinin mərkəzi Paseo Reforma prospektində yerləşən Meksika–Azərbaycan Dostluq Parkını ziyarət edib.


Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Azərbaycan   Meksika  


Bizi "telegram"da izləyin