Köçəryan Paşinyanın psixi vəziyyəti ilə bağlı narahatlıq ifadə edib

2026/02/1772000915.jpg
Oxunub: 465     18:49     18 Aprel 2026    
Ermənistanın ikinci prezidenti Robert Köçəryan psixi sağlamlıq testini verməyə hazır olduğunu bildirib.

Ordu.az xəbər verir ki, bu barədə o, Vanadzorda “Hayastan” blokunun seçki kampaniyası zamanı erməni sakinlərdən birinin sualını cavablandırarkən danışıb.

O, xüsusilə Ermənistanın hazırkı baş naziri Nikol Paşinyanın psixi vəziyyəti ilə bağlı narahatlıq ifadə edib.

“Bilmirəm başqalarının hazırlığı necədir, amma tam qəbul edirəm ki, bu, həqiqətən problemdir. Sonra elə insanlar var ki, onlarda vəziyyət sərhədidir. Belə, mövsümi, hərdən bu tərəfə, hərdən o tərəfə. Yəni aparır, gətirir, aparır-gətirir”, - deyə Köçəryan bildirib.

Alpər Mövludoğlu
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Köçəryan   Paşinyan  


Bizi "telegram"da izləyin