"Azərbaycanın Mərkəzi Asiya ölkələri formatına qoşulması yeni geosiyasi reallıqları əks etdirir" - Meredov

2026/04/1776509705.jpg
Oxunub: 357     14:20     18 Aprel 2026    
Azərbaycanın Mərkəzi Asiya ölkələri formatına qoşulması yeni geosiyasi reallıqları əks etdirir.

Ordu.az xəbər verir ki, bu barədə Türkmənistanın xarici işlər naziri, Nazirlər Kabineti sədrinin müavini Rəşid Meredov Antalya Diplomatiya Forumu çərçivəsində təşkil olunan panel müzakirələrində danışıb.

Onun sözlərinə görə, Mərkəzi Asiyada dövlət başçılarının məşvərət görüşləri formatının yaradılması və Azərbaycanın ona qoşulması məntiqi bir addım olub.

“Azərbaycanın bu formata qoşulmaq qərarı təbii bir addım və dünya siyasətində dəyişən prosseslərə məntiqi cavab olub”, - deyə o bildirib.

Meredov vurğulayıb ki, bu format regiondan sülh naminə səylərin əlaqələndirilməsinə, mehriban qonşuluq siyasətinə və iqtisadi artımın təşviqinə hədəflənib.

Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Azərbaycan   Mərkəzi-Asiya  


Bizi "telegram"da izləyin