Səid Xətibzadə: "İran regiondakı bütün dost ölkələrə, o cümlədən Azərbaycana minnətdardır"

2025/05/1746594605.jpg
Oxunub: 339     14:30     18 Aprel 2026    
İran regiondakı bütün dostlarına, o cümlədən Azərbaycana minnətdardır.

Ordu.az xəbər verir ki, bu sözləri İran xarici işlər nazirinin müavini Səid Xətibzadə jurnalistlərə açıqlamasında bildirib.

Nazir müavini bildirib ki, Türkiyə, Azərbaycan və digər ölkələrin dəstəyini yüksək qiymətləndirir:

"Ermənistan da daxil olmaqla, regionun bütün ölkələri ilə münasibətlərimiz müsbətdir".

Nazir bildirib ki, İran Prezidenti Məsud Pezeşkianın Azərbaycan Prezidenti İlham Əliyev ilə də telefon danışığı baş tutub və bu danışıq zamanı qarşılıqlı münasibətlərin davam etdirilməsi qərara alınıb:

"Region ölkələrindən aldığımız həmrəyliyi və dəstəyi yüksək qiymətləndiririk".

Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Xətibzadə   Azərbaycan  


Bizi "telegram"da izləyin