Ordu.az xəbər verir ki, nazir bu barədə "X" sosial media hesabında paylaşım edib.
Tərəflər Azərbaycan–NATO arasında uzunmüddətli əməkdaşlığın əhəmiyyətini vurğulayıb, xüsusilə "Sülh naminə tərəfdaşlıq" proqramı çərçivəsində həyata keçirilən fəaliyyətləri yüksək qiymətləndiriblər.
Müzakirələr zamanı enerji təhlükəsizliyi və kritik infrastrukturun qorunması sahələrində tərəfdaşlığın inkişaf etdirilməsi perspektivləri də nəzərdən keçirilib.
Nazir regiondakı son proseslər, o cümlədən Ermənistanla post-münaqişə normallaşma prosesi, azad olunmuş ərazilərdə aparılan bərpa-quruculuq işləri və davamlı sülhə yönəlmiş səylər barədə qarşı tərəfi məlumatlandırıb.
Eyni zamanda qlobal təhlükəsizlik çağırışları ətrafında fikir mübadiləsi aparılıb, Yaxın Şərqdə gərginliyin azaldılması, beynəlxalq humanitar hüquqa riayət edilməsi və mülki əhalinin qorunmasının vacibliyi xüsusi vurğulanıb.
Ordu.az