Ordu.az xəbər verir ki, bunu bu gün “İşıqlı Ermənistan” partiyasının qurultayında çıxışı zamanı partiya rəhbəri Edmond Marukyan bəyan edib.
“Bu gün görürük ki, biri o birisinə acıq verərək deyir kim pensiyanı nə qədər artıracaq, kim nə qədər iş yeri yaradacaq. Biri deyir mən 100 000, onlar deyirlər 200 000, digəri deyir mən 300 000. Başqası da deyir ki, əgər mən seçilməsəm, hamınızı öldürəcəklər, müharibə ilə hədələyir.
Biz bu cür mənasız proqram kampaniyasına daxil olmayacağıq. Söhbət proqram seçkilərindən getmir, bu seçkilərdə Ermənistanın erməni dövləti olaraq qalıb-qalmayacağı müəyyən olunacaq. Yəni bu seçkilər dövlətin məzmunu haqqındadır. Söhbət konkret olaraq ayrıca pensiya yaşına çatmış bir insanın pensiyasından getmir, dövlətin məzmununu qoruyuruqmu, yoxsa dövlətin məzmununu itirmək yoluna gedirik? Bizim seçki mübarizəsinə qoşulmağımızın səbəbi də budur”, - deyə o qeyd edib.
Marukyan, həmçinin bildirib: “Biz mütləq ideyalarımızı, yanaşmalarımızı insanlara təqdim edəcəyik, mümkün qədər görüşlər və media məkanında fəallığımızla bunu edəcəyik, qeyri-ənənəvi mexanizmlər və üsullarla qeyri-ənənəvi təşviqat kampaniyası aparacağıq. Yəni əvvəlki təşviqat kampaniyalarında bizim etdiklərimizi nə görmüsünüzsə, biz çalışacağıq onların hamısını etməyək və ya daha az edək, yeni texnologiyalardan isə daha çox istifadə edək.
Buna görə də xahiş edirəm ki, komanda yoldaşlarımızın hamısı sözümüzü çoxaltmağa, multiplikativ effekt verməyə hazır olsunlar ki, bu söz çoxlarına çatsın. Bunun vasitəsilə söz verirəm ki, Ermənistanda iyunun 7-də bizim olduğumuzu, iştirak etdiyimizi, nə üçün iştirak etdiyimizi və bizə səs verərək gələcək parlamentdə nə əldə etdiyini bilməyən bir vətəndaş olmayacaq”.
Alpər Mövludoğlu
Ordu.az