Paşinyanın komanda yoldaşı: “Yeni Konstitusiyanın qəbulu yalnız Ermənistanın daxili siyasi gündəliyi məsələsidir”

2026/04/1776508820.jpg
Oxunub: 354     14:40     18 Aprel 2026    
“Ermənistan hakimiyyəti hələ 2019-cu ildən etibarən dəfələrlə yeni Konstitusiyanın qəbul edilməsinin zəruriliyindən danışıb”.

Ordu.az xəbər verir ki, bunu aprelin 18-də Erməistan parlamentində keçirilən brifinq zamanı “Vətəndaş Müqaviləsi” fraksiyasının katibi Artur Hovhannisyan deyib.

Erməni deputatın sözlərinə görə, yeni Konstitusiyanın qəbulu yalnız Ermənistanın daxili gündəliyi məsələsidir.

Hovhannisyan vurğulayıb ki, Ermənistan sülh müqaviləsinin imzalanması üçün heç bir ilkin şərt irəli sürmür, çünki bu, heç nəyə gətirib çıxarmır.

“Biz heç bir ilkin şərt irəli sürmürük, çünki ilkin şərt irəli sürmək mahiyyət etibarilə çıxılmaz vəziyyətə aparan yoldur və problemlərin həll edilməməsi deməkdir”, - deyə Hovhannisyan bildirib.

Alpər Mövludoğlu
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Erməistan   Hovhannisyan  


Bizi "telegram"da izləyin