Erməni deputat: “Azərbaycanla köç etmiş şəxslərin köçürülməsi ilə bağlı dövlətlərarası saziş olmayacaq”

2026/04/1776508727.jpg
Oxunub: 387     14:33     18 Aprel 2026    
“Ermənistanın mövqeyi belə olub və belə də qalır ki, Azərbaycanla köç etmiş şəxslərin hərəkəti ilə bağlı heç bir dövlətlərarası saziş olmamalıdır”.

Ordu.az xəbər verir ki, bunu bu gün Ermənistan parlamentində keçirilən brifinq zamanı hakim “Vətəndaş Müqaviləsi” fraksiyasının deputatı Taquhi Qazaryan bildirib.

“Hətta sülh müqaviləsi üzrə danışıqlar zamanı, mətn hələ dərc olunmamışkən və danışıqlar davam edərkən də biz bəyan etmişdik ki, köç etmiş şəxslərin hərəkəti ilə bağlı dövlətlərarası səviyyədə saziş olmayacaq. Bizim mövqeyimiz dəyişməz olaraq qalır”, - deyə deputat bildirib.

O vurğulayıb ki, Ermənistan artıq bu məsələni müzakirə etmir.

Erməni deputatın sözlərinə görə, sülh müqaviləsində geri qayıdışdan bəhs edilmir: “Eyni zamanda, bəzi vətəndaşlar üçün sərbəst hərəkət imkanı olarsa, bu və ya digər yerdə yaşamaqla bağlı fərdi qərarların qəbulu hüquqi tənzimləmə və hüquq münasibətləri məsələsinə çevriləcək”.

Qarabağdan könüllü şəkildə köç etmiş şəxslərin “geri qayıdışı” məsələsinə toxunan Qazaryan qeyd edib ki, Ermənistan hökuməti onlara dəstək proqramları təklif edib: “İcra hakimiyyəti həmçinin köç etmiş şəxslərə Ermənistan vətəndaşlığını qəbul etməyi və bütün hüquqlardan istifadə etməyi təklif edib”.

Eyni zamanda Qazaryan bildirib ki, hakimiyyətə gələcəkləri halda geri dönüş üçün şərait yaradacaqlarına dair vədlər verən bütün siyasi qüvvələr əslində insanları manipulyasiya edir, onların Ermənistanda məskunlaşmasına imkan vermirlər.

Alpər Mövludoğlu
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Ermənistan   Qazaryan  


Bizi "telegram"da izləyin