Ordu.az xəbər verir ki, bunu bu gün hökumətin iclasından sonra jurnalistlərlə brifinqdə Ermənistanın Baş naziri Nikol Paşinyan son vaxtlar etdiyi, Ermənistanda “inoagentlər” olduğu barədə açıqlamasına münasibət bildirərkən deyib.
“Əgər həmin adamlar hələ də azadlıqdadırsa, bu o deməkdir ki, onlar hələ casusluq xəttini keçməyiblər, amma həmin məntiqlə fəaliyyət göstərirlər. Elələri var ki, o xəttə çox yaxındırlar, kənarı ilə gedirlər. Xətti keçən zaman əks tədbir görüləcək. Məndə adları, soyadları, əlaqə məlumatları ilə həmin adamların siyahısı var. Mən ilk növbədə siyasi aktorlardan danışıram”, - deyə o bildirib.
Alpər Mövludoğlu
Ordu.az