Bakı və İslamabad əməkdaşlığı gücləndirmək niyyətini təsdiqləyiblər

2026/04/Ekran-1776504797.jpg
Oxunub: 497     13:27     18 Aprel 2026    
Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov və Pakistanın Baş nazirinin müavini - xarici işlər naziri Məhəmməd İshaq Dar Antalya Diplomatiya Forumu çərçivəsində ayaqüstü görüş keçiriblər.

Ordu.az xəbər verir ki, bu barədə Pakistan XİN "X" sosial şəbəkəsindəki hesabında paylaşım edib.

Qurumda qeyd olunub ki, nazirlər regional vəziyyəti və Pakistan-Azərbaycan münasibətlərinin daha da gücləndirilməsi yollarını müzakirə ediblər.

"Hər iki tərəf sıx əlaqə saxlamaqla bağlı razılığa gəlib", - paylaşımda vurğulanıb.


Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Bakı   İslamabad  


Bizi "telegram"da izləyin