Ordu.az "Sputnik Ermənistan"a istinadən xəbər verir ki, bu barədə Ermənistanın Baş naziri Nikol Paşinyan hökumətin iclasından sonra keçirdiyi brifinqdə bildirib.
"Rusiya ilə hərbi-texniki əməkdaşlığımız var idi, bu əməkdaşlıq müəyyən bir mərhələdə əhəmiyyətli dərəcədə azalmış və ya dayandırılmışdı", - Paşinyan deyib.
Baş nazirin sözlərinə görə, Moskvaya səfər və Rusiya Prezidenti Vladimir Putinlə görüş çərçivəsində hərbi-texniki əməkdaşlıqla bağlı əvvəllər əldə edilmiş razılaşmaların yerinə yetirilməsi barədə razılıq əldə edilib.
Ordu.az