"Artıq ölkələrin öz enerji təhlükəsizliyini təmin etməsinin vaxtıdır" - Muxtar Babayev

2025/06/Ekran-1749021769.jpg
Oxunub: 436     12:42     18 Aprel 2026    
Dünya hələ də ənənəvi enerji mənbələrindən asılı vəziyyətdədir.

Ordu.az xəbər verir ki, bunu Azərbaycan Prezidentinin iqlim məsələləri üzrə nümayəndəsi, COP29-un Prezidenti Muxtar Babayev Antalya Diplomatiya Forumu çərçivəsində keçirilən panel müzakilərində bildirib.

Onun sözlərinə görə, artıq ölkələrin öz enerji təhlükəsizliyini təmin etməsinin vaxtıdır:

" Türkiyədə keçiriləcək COP31 əvvəlki COP-larda qəbul edilmiş qərarların icrası məsələsinə fokuslanacaq. Təəssüf ki, əvvəlki COP-larda qəbul edilən qərarların böyük bir hissəsi hələ də icra olunmayıb. COP31-in Türkiyədə təşkil olunması enerji keçidi prosesinin necə uğurla həyata keçirilə biləcəyini göstərmək baxımından mühüm bir imkan olacaq".

Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Muxtar-Babayev  


Bizi "telegram"da izləyin