Ordu.az xəbər verir ki, bunu bu gün hökumət iclasından sonra jurnalistlərlə brifinqdə Ermənistanın baş naziri Nikol Paşinyan son dövrdə parlament sədrinin İstanbula, xarici işlər nazirinin isə Antalyaya səfər etməsi və Ermənistan-Türkiyə sərhədinin açılması istiqamətində irəliləyiş olub-olmaması ilə bağlı suala cavab verəkən deyib.
“Proseslərlə bağlı yeni deyəcəyim bir şey yoxdur, əvvəllər nə demişəmsə, həmin məntiqdədir. Amma hər gün iş gedir, biz imkanlar tapmağa çalışırıq, münasibətləri müxtəlif istiqamətlərdə inkişaf etdirməyə çalışırıq. Səhv etmirəmsə, türk aviaşirkətləri Ermənistana uçuşlara başlayıb və bu razılaşmanı biz Çində Türkiyə prezidenti ilə görüşümüz zamanı əldə etmişik. O zaman o dedi ki, əgər Ermənistan etiraz etmirsə, “Türk Hava Yolları” İrəvana uçuşlar həyata keçirə bilər. Ümid edirik ki, yaxın vaxtlarda Gümrü hava limanına da türk aviaşirkətlərindən biri tərəfindən uçuşlar həyata keçiriləcək. Proses gedir.
Mənim üçün məsələ sərhədin açılması və Ermənistan-Azərbaycan sülh sazişinin imzalanmasının baş verib-verməməsi deyil, mənim üçün məsələ bunun nə vaxt baş verəcəyidir. Biz çalışırıq ki, bu, mümkün qədər tez baş versin”, - deyə Paşinyan bildirib.
Alpər Mövludoğlu
Ordu.az