Müdafiə sənayesində enerji materialları ixtisası üçün GTÜ və AzTU əməkdaşlığına start verilir - FOTO

2026/04/1776499787.jpg
Oxunub: 435     12:07     18 Aprel 2026    
“Gebze” Texniki Universiteti (GTÜ) və Azərbaycan Texniki Universiteti (AzTU) müdafiə sənayesində enerji materialları sahəsində mühəndis ehtiyacını qarşılamaq məqsədilə ortaq magistr proqramına başlayıb.

Ordu.az xəbər verir ki, GTÜ ilə AzTU arasında Material Mühəndisliyi (Enerji və Enerji Materialları) sahəsində müdafiə sənayesinin enerji materialları mövzularını əhatə edən beynəlxalq birgə tezli magistr proqramı protokolu imzalanıb.

Azərbaycanda keçirilən mərasimdə GTÜ rektoru Hacı Ali Mantar, AzTU rektoru Vilayət Vəliyev, Azərbaycan elm və təhsil nazirinin müavini İdris İsayev və müdafiə sənayesi nazirinin müavini Hidayət Əzimov iştirak ediblər.

İmzalanmış protokol hər iki universitetin akademik və texniki bazasını birləşdirərək aşağıdakı hədəfləri əhatə edir. Proqramın əsas istiqaməti müdafiə sənayesinin enerji materialları sahəsində yeni layihələr hazırlamaqdır.


İnsan resursları: Müdafiə sənayesində istifadə olunan yüksək enerjili materiallar və xüsusilə enerji materialları sahəsində ixtisaslaşmış mühəndis kadrları yetişdirmək.

İnfrastruktur inteqrasiyası: Hər iki universitetə məxsus laboratoriya və tədqiqat mərkəzlərinin ortaq elmi fəaliyyətlərdə istifadə olunması.

Texniki imkanlar: Magistr səviyyəsində fənlərarası akademik işlərin aparılması.

Tədris dili türk dili olaraq müəyyən edilən birgə magistr proqramına hər iki qurumun akademik meyarlarına uyğun şəkildə tələbə qəbulu aparılacaq.

Kontingentlər illik planlaşdırma ilə müəyyən ediləcək proqramda Türkiyə Respublikası vətəndaşı olan tələbələr üçün təqaüd imkanları da qiymətləndiriləcək.

Mərasimdən sonra GTÜ heyəti AzTU tərkibindəki laboratoriya və tədqiqat mərkəzlərində baxış keçirib.

Sevinc Əliyeva
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: GTÜ   AzTU  


Bizi "telegram"da izləyin