“MarineTraffic”: Qaz daşıyan gəmilər və kimyəvi maddələr daşıyan tankerler Hörmüz boğazından keçib

2026/04/1776446348.jpg
Oxunub: 433     12:04     18 Aprel 2026    
Hörmüz boğazından keçən gəmilər arasında qaz daşıyan gəmilər və kimyəvi maddələr daşıyan tankerler var.

Ordu.az xəbər verir ki, bu barədə “Al Jazeera” məlumat yayıb.

“MarineTraffic” analitik şirkətinin məlumatına əsasən, boğazı artıq mayeləşdirilmiş neft qazı (LPG) daşıyan dörd gəmi, həmçinin neft məhsulları və kimyəvi maddələr daşıyan bir neçə digər tanker keçib.

Şirkət bildirir ki, Fars körfəzi ərazisindən başqa gəmilər də çıxır.

Daha əvvəl “Reuters” agentliyi tankerlerin bütöv bir karvanının Hörmüz boğazını keçdiyini bildirmişdi.

Sevinc Əliyeva
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Hörmüz   Tanker  


Bizi "telegram"da izləyin