“Hraparak”: Avropa İttifaqı Ermənistana pulları vermir

2026/04/1776498901.jpg
Oxunub: 466     11:54     18 Aprel 2026    
Aprelin 14-də Ermənistan xarici işlər naziri Ararat Mirzoyan ilə Avropa Komissiyasının vitse-prezidenti, Avropa İttifaqının xarici işlər və təhlükəsizlik siyasəti üzrə ali nümayəndəsi Kaya Kallas arasında görüş keçirilib.

Ordu.az xəbər verir ki, bu barədə Ermənistanın “Hraparak” nəşri yazıb.

Nəşri məlumatına görə, Brüsselə getməzdən əvvəl Nikol Paşinyan xarici işlər nazirinə Avropa İttifaqının Ermənistana parlament seçkilərindən əvvəl “dezinformasiya və xarici təsirə qarşı mübarizə” üçün, yəni öz hakimiyyətlərinin yenidən formalaşdırılması məqsədilə vəd etdiyi vəsaitlərin köçürülmə müddətlərini dəqiqləşdirməyi tapşırmışdı.

“Mənbəmiz bildirir ki, Mirzoyanın sualına cavab olaraq Kaya Kallas Ermənistana maliyyə yardımının Avropa İttifaqı büdcəsində yaranmış kəsir səbəbindən təxirə salındığını bəyan edib.

O vurğulayıb ki, Avropa İttifaqı öhdəliklərin icrasında prioriteti Ukraynaya verib, hazırda Ermənistana dəstək göstərə bilməz, lakin “Brüssel problemin həlli üçün bütün səylərini göstərəcək”.

Kallasdan cavab alan Nikol Paşinyan isə narazılıq edib və deyib: “Onlar doğrudanmı anlamırlar ki, bizdə vəziyyət gündən-günə pisləşir? İndi həmin pullar bizə Ukraynadan daha çox lazımdır. O 50 milyon Ukraynaya vəziyyəti düzəltməkdə kömək etməyəcək, amma bizə çox lazımdır”, - deyə nəşr bildirib.

Alpər Mövludoğlu
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər:   Ermənistan  


Bizi "telegram"da izləyin