Ceyhun Bayramov Azərbaycanın sülh gündəliyi barədə Paulo Rangelə məlumat verib - YENİLƏNİB

2026/04/1776498187.jpg
Oxunub: 676     01:48     19 Aprel 2026    
18 aprel tarixində Azərbaycan Respublikasının xarici işlər naziri Ceyhun Bayramov Antalya Diplomatiya Forumu çərçivəsində Portuqaliyanın dövlət və xarici işlər naziri Paulo Rangel ilə görüşüb.

Bu barədə Ordu.az-a Xarici İşlər Nazirliyindən məlumat verilib.

Görüş zamanı, Azərbaycan-Portuqaliya ikitərəfli və çoxtərəfli münasibətlərinin inkişaf perspektivləri, siyasi dialoqun genişləndirilməsi, iqtisadi-ticarət, humanitar və digər sahələrdə əməkdaşlıq məsələləri müzakirə olunub.

Nazirlər, həmçinin Azərbaycanda yaxın zamanda açılması nəzərdə tutulan Portuqaliya səfirliyi vasitəsilə əməkdaşlığın daha da genişləndirilməsi imkanlarını müzakirə ediblər.

Tərəflər beynəlxalq təşkilatlar çərçivəsində əməkdaşlığın, çoxtərəfli diplomatiya sahəsində ölkələrimizin təcrübəsinin mübadiləsinin əhəmiyyətini vurğulayıblar. BMT və Avropa İttifaqı çərçivəsində ölkələrimizin prioritetləri nəzərdən keçirilib, birgə səylərin vacibliyi diqqətə çatdırılıb.

Nazirlər post-münaqişə dövründə regional vəziyyəti müzakirə ediblər. Nazir Ceyhun Bayramov ölkəmizin həyata keçirdiyi sülh gündəliyi və atılan addımlar barədə qarşı tərəfə məlumat verib.

Tərəflər həmçinin qarşılıqlı maraq doğuran regional məsələlər, Yaxın Şərqdə vəziyyət barədə fikir mübadiləsi aparıblar. Bölgədə sabitliyin bərpa edilməsinin vacibliyini vurğulayıb, danışıqların uğurla nəticələnəcəyinə ümidvar olduqlarını bildiriblər.

***

Azərbaycan xarici işlər naziri Ceyhun Bayramov Antalya Diplomatiya Forumu çərçivəsində Portuqaliyanın dövlət və xarici işlər naziri Paulo Rangel ilə görüşüb.

Ordu.az xəbər verir ki, bu barədə nazirlik "X" sosial media hesabında paylaşıb.

Nazirlər ikitərəfli münasibətlərin inkişaf etdirilməsi, siyasi dialoqun genişləndirilməsi, iqtisadi, ticarət və enerji sektorlarında əməkdaşlığın gücləndirilməsi, eləcə də beynəlxalq təşkilatlar çərçivəsində qarşılıqlı əlaqələrin inkişaf etdirilməsi perspektivlərini müzakirə etdilər.

Portuqaliyanın Azərbaycanda səfirliyinin açılması yolu ilə əməkdaşlığı daha da gücləndirmək imkanları da araşdırılıb.


Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Azərbaycan   Portuqaliya  


Bizi "telegram"da izləyin