Ermənistanın ABŞ-dəki səfiri MITRE təşkilatının direktoru ilə TRIPP layihəsinin icra prosesini müzakirə edib

2026/04/1776497305.jpg
Oxunub: 326     11:23     18 Aprel 2026    
Ermənistanın ABŞ-dəki səfiri Narek Mkrtçyan MITRE təşkilatının Daxili Təhlükəsizliyin Təminatı Mərkəzinin (Center for Securing Homeland) vitse-prezidenti və direktoru Yosri Barsum ilə görüş keçirib.

Ordu.az xəbər verir ki, bu barədə Ermənistanın ABŞ-dəki səfirliyi məlumat yayıb.

Məlumata görə, görüşdə Ermənistan-ABŞ gündəliyinə aid bir sıra məsələlər, TRIPP (Zəngəzur dəhlizi-red.) təşəbbüsünün regional əhəmiyyəti, onun icra prosesi, həmçinin süni zəka və yarımkeçiricilər sahəsində innovativ tərəfdaşlığa dair anlaşma memorandumu müzakirə olunub.

Qeyd edilib ki, kibertəhlükəsizlik və kritik infrastrukturun qorunması sahələrində əməkdaşlığın genişləndirilməsi imkanlarına da baxılıb.

Alpər Mövludoğlu
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Ermənistan   ABŞ  


Bizi "telegram"da izləyin