Ordu.az xəbər verir ki, bu barədə Ermənistan KİV-ləri məlumat yayıb.
Məlumata görə, vəsait telekommunikasiya vasitələri və zəruri avadanlıqların alınması üçün nəzərdə tutulub.
Əsaslandırmada qeyd olunub ki, alış Avropa Siyasi Birliyinin 8-ci sammitinin təşkili və keçirilməsi zamanı Xarici İşlər Nazirliyinin funksiyalarını yerinə yetirmək məqsədilə həyata keçirilir.
“Yuxarıda göstərilən malların təcili alınması zərurəti nəzərə alınaraq (avadanlıqların 2026-cı il aprelin 20-dək çatdırılması vacibdir), alışın bir mənbədən satınalma proseduru ilə həyata keçirilməsi planlaşdırılır.
Həmin avadanlıqların alınması üçün xidmət 4 təşkilata sorğu göndərib. Dövlət protokolu xidmətinin sorğusuna HENMARKOM və “Topaz-95” MMC-lər cavab verib”, - deyə məlumatda bildirilib.
Alpər Mövludoğlu
Ordu.az